Azərbaycan futbolu
1-ci Liqanın iki komandası cərimələndi

29.09.2025 | 17:30
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 1-ci Liqanın 3-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Baku Sportinq” – “Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600 manat cərimə edilib.
MOİK – “Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimə edilib.
Son xəbərlər





























