Azərbaycan futbolu
Futbol üzrə milli komandamızın baş məşqçisinin adına aydınlıq gəldi

29.09.2025 | 19:45
Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Fernandu Santuşun gedişindən sonra Ukrayna ilə oyunda millimizin müvəqqəti baş məşqçisi kimi debüt etmiş Ayxan Abbasov yaxın günlərdə yeni posta rəsmi təyinat alacaq.
Sports.az saytına AFFA-dakı etibarlı mənbələrdən daxil olan məlumata görə, Abbasovla yaxın vaxtda rəsmi müqavilə imzalanacaq. Onun millimizi seçmə mərhələnin Fransa ilə oyununa baş məşqçi kimi çıxaracağı artıq dəqiqləşib.
44 yaşlı mütəxəssis paralel olaraq "Şamaxı" klubunda işini davam etdirəcək, amma 21 yaşadək milli komandamızla vidalaşacaq.
Xatırladaq ki, bu barədə ilk xəbəri də məhz Sports.az yazmışdı.
Son xəbərlər