Azərbaycan futbolu
“Qarabağ” “Kopenhagen”ə qarşı

01.10.2025 | 09:00
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
Sports.az xəbər verir ki, Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq.
Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək.
“Qarabağ” daha öncə səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. “Kopenhagen” isə “Bayer”lə qarşılaşıb – 2:2.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
1 oktyabr
20:45. “Qarabağ” - “Kopenhagen”
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan (Niderland).
Tofiq Bəhramov adına Respublika stadionu.
Son xəbərlər





























