Azərbaycan futbolu
AFFA prezidenti “Qarabağ”ı təbrik edib

01.10.2025 | 23:00
AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Danimarkanın “Kopenhagen” klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
Sports.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Danimarkanın “Kopenhagen” komandası üzərində inamlı qələbə qazanan “Qarabağ” Futbol Klubu növbəti tarixi uğura imza atdı. Komandamızı ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”.
Son xəbərlər





























