Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcəklər

Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcəklər

Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

Sports.az xəbər verir ki, bu gün FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.

AFFA Yüksək inam və etimada görə FIFA İcraiyyə Komitəsinin üzvlərinə, xüsusən də, qurumun prezidenti cənab Canni İnfantinoya minnətdarlığını bildirib.

Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.

Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər.

Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil edilən son turnirin qalibi isə Uruqvay yığması olub.

Son xəbərlər
“Araz-Naxçıvan” “İmişli”yə, “Zirə” “Neftçi”yə qarşı
Konfrans Liqası: “Samsunspor”dan uğurlu start
“Fənərbağça” Fransa klubuna qalib gəldi
FIFA prezidentindən Azərbaycana təbrik
Mourinyo “Real”ın hücumçusunu “Benfika”da görmək istəyir
Hakimi “Qızıl top”un səsverməsində tutduğu yeri qiymətləndirdi
Karrager Rayya haqda qənaətini açıqladı
Di Livio “Milan”ı A Seriyasında çempionluğa namizəd görür
Poqba Fransa yığmasına qayıda bilərmi?
“Bayern” Olise ilə bağlı qərar qəbul etdi
De Rossi məşqçilik fəaliyyətini bərpa edə bilər
Qvardiolanın başının üstünü qara buludlar aldı
MDB Oyunları: Azərbaycanın 5 idmançısı oxatma yarışlarında 1/8 finala yüksəldi
Zirkze İtaliya A Seriyasına qayıda bilər
MDB Oyunları: Azərbaycanın 6 boksçusu finalda
MDB Oyunları: Azərbaycan gimnastlarından gümüş medal
MDB Oyunları: Millimiz Özbəkistana məğlub oldu
“Roma” əsas ulduzuna yeni müqavilə təklif edir
“FIFA-nın tarixi qərarı Azərbaycanda idmana göstərilən diqqətin göstəricisidir”
Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcəklər
Azərbaycanda 2025-ci ilin ən yaxşı minifutbolçusu bilindi
Fransanın Azərbaycanla oyun üçün heyəti açıqlandı
“Neftçi” itkisiz irəliləyir
Azərbaycan çempionatının yeni mövsümünün püşkü atıldı
“Şəfa”dan darmadağın
“Zirə” – “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın final matçının biletlərinin qiyməti açıqlandı
MDB Oyunları: Azərbaycan gimnastları finalda
MDB Oyunları: Azərbaycan qılıncoynadanları günü medalsız başa vurdular
ÇL-də həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar