Azərbaycan futbolu
MDB Oyunları: Belarus yığması 3-cü oldu

03.10.2025 | 18:30
III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda bu gün daha iki görüş baş tutub.
Sports.az xəbər verir ki, 5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.
Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib – 2:0.
Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.
Son xəbərlər





























