“Vaxt lazımdır, bəzi məsələlər həll olunmalıdır” - Ayxan Abbasov

“Vaxt lazımdır, bəzi məsələlər həll olunmalıdır” - Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turu çərçivəsində səfərdə "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:

“Çətin oyun idi. Mühüm qələbə qazandıq. Bilirik ki, "Qəbələ" turnir cədvəlində bizdən aşağı pillədə olsa da, yaxşı futbol oynayır, yaxşı mübarizə aparır. Uduzduqları oyunlarda da pis təsir bağışlamamışdılar. Gərgin oyun oldu, bunu gözləyirdik. Birinci hissədə 2-3 real qol epizodumuz var idi. Onları istifadə etsəydik, sonluq bu qədər gərgin olmazdı. Ancaq bundan əvvəlki matçlarda etdiyimiz səhvləri bu oyunda təkrarlamadıq. Bu gün futbolçularımdan istəmişdim ki, 2-ci hissə nəticəyə oynayaq və səhvləri təkrarlamayaq. Fasilə olacaq, zədəlilərimiz də var. Çətindir. Onlar da düşərgəyə qayıdanda, daha rahat olacaq. Azarkeşlərimizi təbrik edirəm.

Fasilə dönəmi ilə bağlı planlarımız var. Turun son görüşünü biz oynadıq, növbəti tura da ilk olaraq biz başlayırıq. Ötən dəfəki fasilədən fərqli olaraq, bu dəfə vaxtımız azdır. Bu da yaxşıdır, futbolçularımız tonusda olacaq. Beş futbolçumuz U-21 yığmasında olacaq. Məşqlərimiz eyni səviyyədə davam edəcək”.

Abbasov Azərbaycan millisinə təyinatından da danışıb:

“Məncə, AFFA məlumat verib, milli komandamıza rəhbərlik edirik. Əlbəttə, müqaviləmiz var. Şərtlər, detallar federasiyamızla aramızda olan məsələlərdir. Məni əsas maraqlandıran güvən və istək idi. O güvəni də gördüm. Milliyə kömək də lazımdır. Martdan federasiya ilə əməkdaşlığımız var, U-21 yığmasında işləyirdik. Elə gətirdi ki, komandanı Ukrayna oyuna çıxardıq. Qarşıdakı planlar haqda geniş məlumat verəcəyik. Vaxt lazımdır, bəzi məsələlər həll olunmalıdır.

Bilirsiz ki, məndən əvvəlki məşqçilərdə də müddət olub. Əvvəlki komandalarımda da 3 illik müqavilələrim olub. Məncə, müddət vacib deyil, vacib olan odur ki, biz nə istəyirik, qarşımıza qoyulan məqsəd nədir. O barədə fikir mübadiləmiz olub, anlaşma da sağlanıb.

Millidə bu dəqiqə böyük dəyişiklik etməyə ehtiyac yoxdur. Çox problem var, bir çox futbolçu klublarında çıxış etmir. Bu dəqiqə dəyişiklik pis təsir edər. Son matçda da futbolçuların istəyinə görə haqq edirdilər ki, yenidən millidə olsunlar. Rüfət Abdullazadəni izlədim, onu çox yaxşı tanıyıram. Hücum xəttindəki rəqabətimiz çox yaxşıdır. Rüfət də gələcək planımızda var. Tək o yox, bir neçə futbolçu var ki, millinin heyətinə düşə bilər. Bu dəqiqə ən yaxşı formada Xəyal Əliyevdir. Amma U-21 yığmasını da, futbolçuların inkişafını da fikirləşirik. Rüfət də haqq edir. Qismət olarsa, dəvət ediləcəklər.

Mahir Emreli ilə də söhbətim olub. Bu gün futbolçularımızı da qorumalıyıq. Bəli, klubda da nəsə problem ola bilər, çətindir, oyun praktikası azdır. Amma hücum xəttindəki futbolçularımız ümumilikdə az oynayırlar. Yəqin ki, bunu Mahir daha yaxşı bilir, fikirləşir. Klubundakı niyə birdən-birə belə qərar verdilər? Çünki "Kayzerslautern" Mahirin transferində israrlı idi. Mahir ötən mövsümü də pis keçirməmişdi. Ona güvənimiz çoxdur. Digər futbolçularımız da var ki, Avropada rahatlıqla çıxış edə bilərlər. Bu dəqiqə Mahirə dəstək olmalıyıq.

Fransa, Ukrayna və İslandiyaya qarşı oynamaq çox çətindir. Amma inanın ki, bu haqda bir saniyə belə, fikirləşməmişəm. Məni başqa detallar narahat edirdi. Doğrudur, dediyiniz məqamlar önəmlidir. Millidə çalışmaq istəyirsənsə, rəqiblər hər zaman güclü olacaq. Qarşıdakı rəqiblərin kim olacağını bilmirik. Çəkinəcəyiksə, bu işlə məşğul olmayaq. Futbolçularım da inanacaq, döyüşəcəyik. Bu dəqiqə ən vacibi savaşmaqdır. Bunu etdikdən sonra neqativlər olmayacaq. İnamlıyam. Qarşımıza qoyulan məqsəd vuruşmaqdır”.

Son xəbərlər
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
DAHA ÇOX

Ən çox oxunanlar