Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı

Misli Premyer Liqasında penalti sayında cari mövsümün rekordu qeydə alınıb.

Sports.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Çempionatın VII turu penaltilərlə zəngin olub. Altı oyunda beş dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. Ruan Renato ("Zirə") "Neftçi"nin, Coy-Lens Mikels ("Sabah") "Karvan-Yevlax"ın, Rikardo Apolinario ("Şamaxı") "Qəbələ"nin qapısına yol tapıb. Dioqo Almeyda ("İmişli") "Araz-Naxçıvan"a, Aleksandr Ramalinqom ("Sumqayıt") "Turan Tovuz"a qarşı matçda imkanı qaçırıb.

Bu, penalti sayında mövsümün rekordudur. Premyer Liqada daha çox belə zərbələrin təyin edilməsi sonuncu dəfə ötən mövsümün XI turuna təsadüf olunub.

Həmin vaxt 5 oyunun hamısında, ümumilikdə altı dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib. 2024-cü il oktyabrın 25-27-dəki turda bu zərbələrdən üçü qolla nəticələnib, üçü qeyri-dəqiq alınıb. Toral Bayramov ("Qarabağ") "Şamaxı", Felipe Santos ("Araz-Naxçıvan") "Zirə" ilə matçda dəqiq olubsa, Cesse Sekidika ("Sabah") "Neftçi", Fərid Nəbiyev ("Səbail") "Sumqayıt"la dueldə şansı qaçırıb. İki penalti təyin edilən görüşdə isə Luis Paçu ("Kəpəz") qola sevinibsə, Kristian da Silva ("Turan Tovuz") qeyri-dəqiq olub.

Son xəbərlər
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
DAHA ÇOX

Ən çox oxunanlar