"Maksimum xal qazanmaq istəyirik" - Ayxan Abbasov

"Maksimum xal qazanmaq istəyirik" - Ayxan Abbasov

"Üç gün idi ki, Bakıdaydıq. Furbolçuların yanaşması bizi sevindirir. İstəkli idilər. Yüngül zədədən qayıdanlar var. Əsas odur ki, hamı bu oyunların mahiyyətini bilir. Bizi ağır matçlar gözləyir. Komanda olaraq istəkli olmaq və xarakter göstərmək, təslim olmamaq lazımdır". 

Sports.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Yığmamız DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə oyunu üçün bu gün Parisə yola düşüb. A.Abbasov isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

Millinin yeni baş məşqçisi qısa müddət ərzində komandada nəyi dəyişə bildiyinə dair suala belə reaksiya verib: "Əlbəttə ki, birdən-birə nəyisə dəyişnək çətindir. Əvvəlcə yanaşmamızı dəyişməliyik. İnanıram ki, futboçular formanın dəyərini biləcəklər. Get-gedə daha yaxşı olacağıq".

Fransa millisinin əsas oyunçularından Kilian Mbappe və Usman Dembelenin Azərbaycanla matçı buraxacağı gözlənilir. Bredli Barkolanın isə görüşdə iştirak etməyəcəyi dəqiqdir. A.Abbasov buna da münasibət bildirib: "Fransa güclü komandadır. Alternativləri adlarını çəkdiyiniz oyunçulardan geri qalmır. Fransaya qarşı komanda olaraq hazırlaşmışıq. Elə futbolçular var ki, komandada vacib rol oynayır. Mbappe, Dembele də onlardandır". 

A.Abbasov üzərlərində təzyiq etməklərinə baxmayaraq, komandanın motivasiyalı olduğunu və hər oyunda maksimum xal qazanmaq istədiklərini deyib: "Hər kəsə təşəkkür edirəm. Dəstək var, bu,  motivasiyadır. Millidə çalışmaq bizim üçün qürurdur. Böyük məsuliyyətdir. Harada olduğumuzu bilirik. Uğurlu çıxış etməyə çalışacağıq. Təzyiqlər normaldır. Belə böyük komandanın baş məçqçisi olmaq qürurvericidir. Hər oyunda maksimum xal qazanmaq istəyirik. Çox çətin qrupdayıq. Evdə də iki oyunumuz var". 

Mütəxəssis sonda Rüfət Abdullazadənin milliyə dəvət edilməməsinin səbəbini açıqlayıb: "Hər dəfə millinin heyəti açıqlanandan sonra fikir mübadiləsi olacaq. Keçən oyunlarda Murad Xaçayevin, Faiq Hacıyevin milliyə niyə dəvət olunmamasından danışdılar. Kənarda qalanlardan danışılır. Rüfəti yaxşı tanıyıram. Bu gün biz başqa cür yanaşırıq. Həmin mövqedə oyunçularımız var. Bir oyunçu artıq dəvət etdik. Gələn oyunlarda dəyişiklik olacaq. Təyinatım matçlara bir həftə qalmış reallaşdı. Tam seleksiyamız olmamışdı. Bundan sonra bütün futbolçulara baxılacaq. Bəzi futbolçular az oynasa da, onlar milliyə lazımdır. Onlardan bir gündə üz döndərməli deyilik. Rüfət və digərləri var ki, qarşıdakı toplanışda bizimlə olacaq".

Son xəbərlər
“Neftçi”ni azarkeşləri və məşqçisi ziyana saldı
“Barselona”nın ulduzu Premyer Liqaya yollana bilər
Keyn millinin bugünkü matçında iştirak etməyəcək
MY “Bornmut”un ulduzuna marağını saxlayır
“Boka Xuniors”un baş məşqçisi vəfat edib
Bakı birinciliyi keçiriləcək
“Kür” heyətinə yeni həndbolçu qatıb
“Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyasından yeni layihə - “Yol ver, qalib gəl”
Seçmə mərhələdə bu gün 8 oyun keçiriləcək
Deku “Barselona” üçün üç transfer hədəfi müəyyənləşdirdi
“Neftçi” “Şəki”yə qarşı
Yüksək Liqada 4-cü turun oyunları keçiriləcək
Azərbaycan Kubokunda yeni mövsümə bu gün start veriləcək
“Real” doğma stadionunun adını dəyişə bilər
PSJ “Barselona”nın ulduzuna görə nəhəng ödəniş etməyə hazırdır
MY xeyli qazanc əldə edə bilər
“Napoli” Neymarı heyətinə qatmaq istəyib
“Bayern”in müdafiə xətti üçün əsas transfer hədəfi
DÇ-2026-ya növbəti vəsiqənin sahibi müəyyənləşdi
Saliba “Arsenal”ın heyətindəki perspektivlərini qiymətləndirdi
Upamekano “Bayern”ə tələb irəli sürdü
“Məşqçinin qərarına hörmət bəsləmək gərəkdir” - Rodriqo
Terziç “Monako”nu çalışdırmayacaq
Kobbi Meynu iki seçim arasında
ChatGPT dünya futbol tarixinin dörd ən yaxşı klubunu müəyyənləşdirdi
“Əl-İttihad” yeni baş məşqçisini rəsmən açıqladı
“Gəncə” sabiq oyunçusu ilə müqavilə bağladı
“Çelsi” Semenyo müqabilində nəhəng xərc çəkməyə hazırdı
MDB Oyunlarının bağlanış mərasimi keçirildi
“Arsenal” “Uembli”yə köçə bilər
DAHA ÇOX

Ən çox oxunanlar