Azərbaycan futbolu
MOİK cərimələndi

09.10.2025 | 14:40
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 1-ci Liqanın 4-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” 210 manat cərimə edilib.
“Şəfa” – MOİK oyununda MOİK komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “MOİK klubu 210 manat cərimə edilib.
“Şəfa” – MOİK oyununun 38-ci dəqiqəsində MOİK komandasının 2 nömrəli futbolçusu Hüseyn Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, MOİK 150 manat cərimə edilib.
Son xəbərlər