“Bilirik ki, Ukrayna millisi bu oyuna final kimi yanaşır” - Ayxan Abbasov

“Bilirik ki, Ukrayna millisi bu oyuna final kimi yanaşır” - Ayxan Abbasov

Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Polşanın Krakov şəhərində Ukrayna yığması ilə qarşılaşacaq.

Sports.az xəbər verir ki, oyundan bir gün əvvəl Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov onları gərgin oyun gözlədiyini bildirib:

“Sabah bizi yenə gərgin oyun gözləyir. Səfərdə Ukrayna ilə – səfərdə iki oyun çətindir. Bu oyunlar arasındakı pauzanı nəzərə alsaq, oyunçularda yorğunluq hiss olunur. Rəqib də, bilirik ki, bu oyuna final kimi yanaşır. Səfərdə İslandiya üzərində qələbə onların da şanslarını artırıb.

Biz gələcəyə ümidlə baxmaq istəyiriksə, bu oyunlarda yaxşı mübarizə aparmalıyıq. Ona görə də, bunları futbolçularıma da çatdırmışam.

Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi, Ukrayna müdafiədən oynayırdı, bizim də onlarla vəziyyətimiz eynidir. Əsas odur ki, fikrimiz var, futbolçulara da çatdırmışam. Onu həyata keçirməyə çalışacağıq.

Ukrayna komandasında güclü futbolçular var. Həyətində keyfiyyətli oyunçular çıxış edir. Bunu son oyunda da gördük. Güclü hücumçuları, müdafiəçiləri var. Avropada çıxış edən oyunçuları var. Bunları da oyunçularımıza göstərmişik, fikirlərimizi çatdırmışıq. Məncə, yaxşı komandaları var.

Bəli, 23-lükdən kənarda qalan futbolçularımız bəllidir. Təssüf ki, İsmayıl və Ceyhun oyunda iştirak edə bilməyəcək. Renat Dadaşovun da zədəsi var.

Əlbəttə, biz hər oyunda çalışırıq ki, futbolçularımızda qələbə ruhu olsun. Ən çətin oyunda belə, “biz qələbə qazanmaq istəmirik” demirik. Bu gün futbolda istənilən nəticə mümkündür. Sevinirəm ki, futbolçularım bunu anlayır və belə davam etsək, inanıram ki, nəticə olacaq.

Ukrayna millisinə qarşı Bakıda ilk oyunumuz idi, rəqibi tam təhlil etməmişdik. Meydança o qədər də keyfiyyətsiz deyildi. Məncə, Bakıdakı matçda bir xalı haqq edirdik. Oyunçular yaxşı mübarizə apardı. Futbolda belə hallar olur”.

Azərbaycan millisi hazırda 1 xalla D qrupunda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Son xəbərlər
“Espanyol”dan inamlı qələbə
PSJ evdə xal itirdi
“Borussiya” səfərdə uduzdu
“Mançester Yunayted”in sükanı arxasına daha bir məşhur mütəxəssis namizəddir
Keyn “Bayern”i ikinci evi hesab edir
Luis Enrike hücumçu Qonsalo Ramosu qiymətləndirdi
“İnter”, adının ulduz futbolçu ilə hallandığı şayinə təkzib etdi
Pulişiçin futbolsuz qala biləcəyi təxmin açıqlandı
“Növbəti oyunlarda səhvləri azaltmalıyıq”
“Turan Tovuz” “Qarabağ”a belə uduzdu - VİDEO
“Qarabağ”a qarşı oynamaq çətindir” - Berdıyev
“İllərdir nə etmişiksə, “Atletik”lə oyunda da onu etməyə çalışacağıq” - Qurbanov
“Sərhədçi” “Ordu” ilə bacarmadı
Bakıdakı Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutdu
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
“Çelsi”nin müdafiəçisi də “Qarabağ”la oyunu buraxacaq
“Məğlubiyyətə səbəb cərimə atışlarında uğursuz olmağımızdır”
“Layiqli mübarizə apararaq, sonda qələbə qazanan tərəf olduq”
“Borussiya”nın müdafiəçisi Premyer Liqaya keçə bilər
MOK-da Təhlükəsiz İdman üzrə beynəlxalq ekspertlərlə görüş
Bakı birinciliyi başa çatdı
“Şamaxı” “Kəpəz”ə belə uduzdu – VİDEO
“Olimpik”in hücumçusu İngiltərə klublarının və “İnter”in hədəfindədir
“Naxçıvan” “Lənkəran”a qalib gəldi
“Şuaybunun günahı böyükdür” - Ayxan Abbasov
Azər Bağırov ilk qələbəsini azyaşlı azarkeşə həsr etdi
MY yeni hücum satın almaq niyyətindədir
Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursu
“Şəfa” “Baku Sportinq”ə qalib gəldi
Millimiz FIFA reytinqində bir pillə irəlilədi
DAHA ÇOX

Ən çox oxunanlar