Millimiz Ukrayna yığmasına qarşı

Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sports.az xəbər verir ki, D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olacaq.
Polşanın “Krakoviya” stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, bu komandaların Bakıdakı görüşündə qalib müəyyənləşməyib - 1:1. Bu üzdən də Sergey Rebrovun çalışdırdığı rəqib komanda “ev” oyununda qələbə qazanmağa çalışacaq. Amma Ayxan Abbasovlu millimiz də bu görüşdə ən azı uduzmamağı hədəfləyib.
Bu gün keçiriləcək D qrupunun digər oyununda İslandiya Fransanı qəbul edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 oktyabr
Azərbaycan - Ukrayna
Baş hakim: Sebastyan Qişamer (Avstriya).
“Krakoviya” stadionu. Saat 22:45.