“Üç günə iki güclü komandaya qarşı oynamaq çox çətindir” - Ayxan Abbasov

“Üç günə iki güclü komandaya qarşı oynamaq çox çətindir” - Ayxan Abbasov

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Polşanın Krakov şəhərində Ukrayna yığması ilə qarşılaşıb.

Sports.az xəbər verir ki, oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Üç gündən bir iki güclü komandaya qarşı oynamaq çox çətindir. Oyunçularıma təşəkkür etmək istəyirəm, həqiqətən, yaxşı mübarizə apardılar. Gələcəyə nikbin baxırıq. Evdə iki oyunumuz var. Çalışacağıq ki, xallarımızı artıraq və futbolçu qazanaq.

Məncə, yaxşı oynadıq. Bu gün də mübarizə apardıq. Bir az çempionatın tempi artsa, futbolçularımız 90 dəqiqə meydanda olsa, daha yaxşı olar. İlk oyunu Ukrayna ilə oynasaydıq, bəlkə də, fərqli olardı. Amma inanın ki, komandamız bu gün xal qazanmaq üçün əlindən gələni etdi. Bütün futbolçular yorğun olsalar da, sona qədər döyüşdülər. Üç gündən bir oyunlara öyrəşməliyik. Bunu özümüzə problem etməməliyik.

Ruhumuz olmasa, komanda qurmaq çətin olacaq. Çünki milli komandada elə də çox vaxt olmur. İlk toplanışla ikinci arasında böyük bir fərq var. Düzdür, Fransa bizə şans tanımamışdı. Ancaq onlarla matç futbolçulara böyük bir güvən vermişdi. Bugünkü oyunda da o güvəni hiss edirdik.

Rəqib nə qədər imkan verirsə, biz hücum edirik. Bu gün də hücumlar edirdik. Rəqiblər də çox güclüdür. Evdəki oyunlarda azarkeş dəstəyinin də böyük üstünlüyü var. Bütün bunlar olduqda daha dominant futbol oynayarıq.

Mən həm də klub məşqçisiyəm. Bəzi sözləri desəm, düzgün anlaşılmır.

Şahrudin İslandiya ilə oyunu buraxır. Nə edək? Biz bir qapıçıdan ibarət olmalı deyilik. Hə, burda futbolçuların da günahı var. Komandanda forma şansı almırsansa, daha az iddiası olan komandaya gedib, daha çox oyun təcrübəsi qazanmalısan. Bu gün mən Rüstəmi alqışlayıram. “Sumqayıt”a getdikdən sonra xeyli artırıb”.

Son xəbərlər
“Espanyol”dan inamlı qələbə
PSJ evdə xal itirdi
“Borussiya” səfərdə uduzdu
“Mançester Yunayted”in sükanı arxasına daha bir məşhur mütəxəssis namizəddir
Keyn “Bayern”i ikinci evi hesab edir
Luis Enrike hücumçu Qonsalo Ramosu qiymətləndirdi
“İnter”, adının ulduz futbolçu ilə hallandığı şayinə təkzib etdi
Pulişiçin futbolsuz qala biləcəyi təxmin açıqlandı
“Növbəti oyunlarda səhvləri azaltmalıyıq”
“Turan Tovuz” “Qarabağ”a belə uduzdu - VİDEO
“Qarabağ”a qarşı oynamaq çətindir” - Berdıyev
“İllərdir nə etmişiksə, “Atletik”lə oyunda da onu etməyə çalışacağıq” - Qurbanov
“Sərhədçi” “Ordu” ilə bacarmadı
Bakıdakı Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutdu
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
“Çelsi”nin müdafiəçisi də “Qarabağ”la oyunu buraxacaq
“Məğlubiyyətə səbəb cərimə atışlarında uğursuz olmağımızdır”
“Layiqli mübarizə apararaq, sonda qələbə qazanan tərəf olduq”
“Borussiya”nın müdafiəçisi Premyer Liqaya keçə bilər
MOK-da Təhlükəsiz İdman üzrə beynəlxalq ekspertlərlə görüş
Bakı birinciliyi başa çatdı
“Şamaxı” “Kəpəz”ə belə uduzdu – VİDEO
“Olimpik”in hücumçusu İngiltərə klublarının və “İnter”in hədəfindədir
“Naxçıvan” “Lənkəran”a qalib gəldi
“Şuaybunun günahı böyükdür” - Ayxan Abbasov
Azər Bağırov ilk qələbəsini azyaşlı azarkeşə həsr etdi
MY yeni hücum satın almaq niyyətindədir
Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursu
“Şəfa” “Baku Sportinq”ə qalib gəldi
Millimiz FIFA reytinqində bir pillə irəlilədi
DAHA ÇOX

Ən çox oxunanlar