Azərbaycan futbolu
Millimiz Şotlandiyaya qarşı

14.10.2025 | 11:20
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Sports.az xəbər verir ki, yığma Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma "Liv Bona Dea Arena", saat 19:00-da start götürəcək.
B qrupunda Portuqaliya komandası 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın 3, Azərbaycanın 1 xalı var. Bütün görüşlərdə uduzan Cəbəllütariqin xalı yoxdur.
Son xəbərlər





























