“Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” seminarı keçirilib

“Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” seminarı keçirilib

AFFA-nın inzibati binasında “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində növbəti seminar təşkil olunub.

Sports.az xəbər verir ki, tədbirdə gənc hakimlər, veteran futbolçular, beynəlxalq dərəcəli hakimlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Seminarın reallaşmasında əsas məqsəd gənc hakimlərə Tofiq Bəhramovun və digər beynəlxalq dərəcəli hakimlərimizin uğurları barədə məlumat vermək və onları gələcəkdə daha yüksək uğurlar əldə etmək üçün motivasiya etmək olub. Gənc hakimlərə Tofiq Bəhramov haqqında olan kitab təqdim olunub.

Seminarda Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabarov çıxış edərək, əfsanəvi hakim Tofiq Bəhramovun zəngin irsindən, onun Azərbaycan və dünya futboluna verdiyi töhfələrdən danışıb, həmçinin müasir futbol qaydaları və hakimlik mövzusunda iştirakçılara məlumat verib. Layihə rəhbəri Rauf Cabarov öz növbəsində Tofiq Bəhramovun adının yaşadılması istiqamətində görülən işlərin önəmini vurğulayıb.

Tədbirdə beynəlxalq dərəcəli hakim Asim Xudiyev, FIFA referiləri Əliyar Ağayev və Rəhim Həsənov, eləcə də, milli dərəcəli hakim Ceyhun Həşimov da çıxış edərək, Tofiq Bəhramovla bağlı öz fikirlərini və xatirələrini bölüşüblər.

Tədbir çərçivəsində Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunmuş kitabçanın təqdimatı keçirilib.

Qeyd edək ki, layihə Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar