Azərbaycan futbolu
“Şotlandiya ilə matçda 2 xal itirdik” - Eyyubov

14.10.2025 | 23:50
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Bakıda Şotlandiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Sports.az xəbər verir ki, o, məhsuldar heç-heçə (3:3) ilə bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Həqiqətən qarşılaşma bizim üçün çətin keçdi. Qələbəyə yaxın olsaq da, təəssüf ki, alınmadı. Son dəqiqələrdə buraxdığımız qol bizi məyus etdi. Futbolçular meydanda vuruşdular. Həqiqətən də çətin rəqibə qarşı mübarizə apardıq. Öz oyun planımızı həyata keçirməyə çalışırdıq. Hansı rəqibə qarşı çıxış etdiyimizi yaxşı dərk edirdik. Rəqib komandanın heyətində top-klublarda çıxış edən futbolçular yer alır. Bu gün yığmamız 2 xal itirdi".
Son xəbərlər





























