Azərbaycan futbolu
“Şamaxı”nın futbolçuları mükafatlandırıldı

17.10.2025 | 16:30
“Ayın qolu” layihəsi çərçivəsində avqust və sentyabr aylarının ən yaxşı qollarının müəllifləri olan “Şamaxı” klubunun futbolçuları Dioqo Balau və Andrey Tırkovyanu mükafatlandırılıb.
Sports.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Onlara mükafatları Azərbaycan Premyer Liqasının 8-ci turunun “Şamaxı” – “Kəpəz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
Son xəbərlər