Azərbaycan futbolu
Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursu

17.10.2025 | 17:45
AFFA-nın təşkilatçılığı ilə Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
Bu barədə Sports.az-a milli assosiasiyadan məlumat verilib.
Oktyabrın 14-dən 17-dək təşkil olunan məşğələlərə təlimatçılar Dəyanət Əliyev və Üzeyir İbrahimov rəhbərlik ediblər.
Kursun ikinci mərhələsi noyabrın 4-dən 7-dək, üçüncü modulu noyabrın 18-dən 21-dək, dördüncü mərhələsi isə dekabrın 15-dən 20-dək olacaq.
Son xəbərlər