Azərbaycan futbolu
Millimizdən İsraillə heç-heçə

18.10.2025 | 15:40
Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.
Sports.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda İsraillə üz-üzə gəlib.
"Bayıl Arena"da baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.
Millimiz ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.
Son xəbərlər