“Gələcək üçün lazım olan detallar üzərində işlədik”

“Gələcək üçün lazım olan detallar üzərində işlədik”

Futzal üzrə Azərbaycan milli komandası bu gün “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti ilə yoxlama oyunu keçirib.

Sports.az xəbər verir ki, həm toplanış, həm də yoxlama oyunu ilə bağlı baş məşqçi Yevgeni Kukseviç federasiyanın rəsmi saytına bunları deyib:

“Vaxtımız çox az idi. Cəmi 3 gün təlim-məşq toplanışı keçirə bildik. Bu müddət ərzində iki məşqimiz və bir yoxlama oyunumuz oldu. Çalışdıq ki, müəyyən detallar  - müdafiə olunmaq, ara məsafəsini azaltmaq, ayaqla ötürmələr və s. üzərində işləyək. Yaxşılaşdırmaq istədiyimiz elementlər var idi ki, onlara vaxt ayırdıq. Yoxlama oyununa gəldikdə, milli birinci hissədə yaxşı oynadı. Mübarizə apardı, verilən tapşırıqları icra etməyə çalışdı. Göstərdiyi oyuna görə komandadan razı qaldım. İkinci hissədə bir qədər güc tükəndi. Həm də gənclərə daha çox sanş verdik. Nəticə yaxşı olmasa da, toplanışın və oyunun xeyrimizə olduğunu qeyd edə bilərəm. Çünki gələcək üçün lazım olan detallar üzərində işlədik.

Bu toplanışda müəyyən səbəblərdən bizimlə olmayanlar var idi. Nurlan Məmmədov zədəli idi, Tofiq Əliyev də növbəti toplanışda bizə qoşulacaq. Heyətimiz genişdir və seçim edəcəyik”.

Son xəbərlər
“Barselona”dan çətin qələbə
Marseldə darmadağın
“Napoli” uduzdu, “İnter” qələbə qazandı
“Qalatasaray” qalib gəldi, “Beşiktaş” uduzdu
Arda Ançelottidən söhbət açdı
Benites iş başına keçmək üzrədir
“Əl-Hilal” gözlənilməz darmadağına imza atdı
Qvardiola Haladnı qiymətləndirdi, dəstəyini vəd etdi
“Nottingem Forest”in sükanı arxasına namizəd açıqlandı
“Bayern” “Borussiya”nı xalsız yola saldı
Dağ velosipedi üzrə Azərbaycan çempionatına start verilib
“Arsenal”, “Mançester Siti” və “Çelsi”dən qələbə
“Sabah”la oyunda fiziki cəhətdən hazır deyildik”
Azərbaycan Cüdo Federasiyasında növbədənkənar Konfrans
Beyləqandə region birinciliyi keçirilib
Ukrayna yığması Bakıda Niderland və Belçikaya qalib gəldi
“Sumqayıt”dan darmadağın - VİDEO
“Asan təslim olmayacağıq” - Azər Həşimov
“Uğursuzluq zolağından çıxmağı bacardıq” – Saşa İliç
Premyer Liqa klubunda istefa
MY “Real”ın hücumçusu ilə maraqlanır
Qubada heç-heçə, Sumqayıtda darmadağın
Milli güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan yığmasının seçmə mərhələ üçün heyəti açıqlandı
“Sabah” “Şəki”yə, “Quba” “Sumqayıt”a qalib gəldi
“Aston Villa”nın yarımmüdafiəçisi nəhənglərin diqqət mərkəzindədir
“Gələcək üçün lazım olan detallar üzərində işlədik”
“İmişli” – “Qəbələ” matçında 4 qol - VİDEO
“Kəpəz”in üzvləri Gəncə Memorial Kompleksini ziyarət edib
“Yuventus” “Milan”ın keçmiş oyunçusunu istəyir
DAHA ÇOX

Ən çox oxunanlar