Azərbaycan futbolu
“Sabah” “Zirə”yə, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

19.10.2025 | 09:00
Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Sabah” evdə “Zirə”ni sınağa çəkəcək. “Neftçi” isə “Araz-Naxçıvan”la qarşılaşacaq.
Daha öncə “Şamaxı” “Kəpəz”ə (1:4), “Turan Tovuz” “Qarabağ”a (1:2) uduzub, “Sumqayıt” “Karvan-Yevlax”a qalib gəlib – 4:1. “İmişli” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib – 2:2.
Misli Premyer Liqası
8-ci tur
19 oktyabr
“Sabah” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
“Bank Respublika Arena”, 16:00.
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
“Palms Sports Arena”, 18:30.
Son xəbərlər