“Abubakarın gəlişi bizə çox yaxşı təsir göstərəcək” - Samir Abasov

“Abubakarın gəlişi bizə çox yaxşı təsir göstərəcək” - Samir Abasov

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 8-ci turunda doğma meydanda "Araz-Naxçıvan"la (2:2) keçirilən görüşü şərh edib.

Sports.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi" bu gün bir xal qazandı, yoxsa iki xal itirdi?

- Nəsə demək çətindir. Qəliz oyun alındı. Özümüzə də anlaşılmaz qalan bəzi şeylər oldu. 1:0 udurduq, o vaxta kimi çox yaxşı oynayırdıq, üstünlük bizdə idi. Qol vurandan sonra geriyə oturduq nədənsə. Bunun səbəbi istəkdən irəli gəlmirdi, plan da yox idi. Çox top itirdik. Xüsusilə də ortada. Onda da üstünlük rəqibə keçdi və qol vurdular. İkinci hissəyə başlayanda uşaqlarla danışdıq. Çox şeyi dəyişmək istəyirdik ki, müdafiəçimizin səhvindən qol buraxdıq. İkinci hissə başlayanda planlar nə idisə, sona qədər elə oynadıq. Futbolçular ruhdan düşmədilər. Epizodlarımız var idi, üstünlük bizdə idi. Bu gün kim qazandı, kim itirdi, demək çətindir. Bu, həmin oyunlardan biridir ki, dərhal reaksiya verib, nəsə deyə bilmirsən. Təhlil etmək lazımdır. Üzücü olan odur ki, qərarlarımızda çox problem görünürdü. Son ötürmələr... Cərimə meydançasına çatanda səhv qərarlar verirdik. Bu həftə birlikdə çox məşq etmədik. Millidə olan oyunçularımız var idi. Bu vaxta kimi hazırlaşdığımız kimi, hazırlaşa bilmədik. Oynadığımız oyuna bəhanə deyil. Özüm də deyə bilmirəm ki, qazandıq, yoxsa itirdik. 

- 1:0-dan sonra nə dəyişdi ki, müdafiəyə oturdunuz?

- Bu, tapşırıq deyildi. Bütün planlarımızı qol vurmaq üçün hazırlamışdıq. Bu da baş verdi. Fikirləşirdik ki, basqı yaradacağıq. Özüm də niyə bu qədər top itkilərinə yol verdiyimizi bilimirəm. Rəqibin üstünlüyü ələ keçirməsinin səbəbi özümüz idik. Nə qədər foullar oldu. Çox çətindi nəsə demək.

- Birinci qolda mərkəz müdafiəçilərinin səhvi var idi?

- Sistematik idi. Mərkəz müdafiəçilərimiz ondan əvvəlki epizoda fokuslanmışdılar. Bu da bizim günahımızdır. Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik. Heç-heçənin səbəbi 1:0-dan sonra oynadığımız futboldadır.

- Vensan Abubakarla görüşmsüz? 

- Onun gəlişi bizə çox yaxşı təsir göstərəcək. Hər bir futbolçu yanında təcrübəli, keyfiyyətli oyunçu görəndə, onun keyfiyyətinə uymağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Görüşməmişik. Şəxsi söhbətimiz olmayıb. Sabahdan məşqlərə qoşulacaq, danışacağıq.

- Müdafiə xətti eyforiyada deyildi? 

- Niyə eyforiyaya qapılsınlar? Turnir cədvəlindəki yerimiz o deyil ki, müdafiəyə rahatlıq versin. Onlar əksinə elə diqqətli olmalıdırlar ki, oyunları uduzmayaq. Səhvlərdi də olur. 

- Metyu İfeanyinin oyunun necə dəyərləndirirsiz?

- Metyu hücuma enerji qatdı. Oyuna çox yaxşı girdi. Ortada ötürmələri,hərəkətliliyi xeyrimizə oldu.

- İdrissa Dumbiya haqda fikriniz necədir? Komandada yarımmüdaifəçi çoxdur sanki..

- Çoxluq haqda bir söz deyə bilmərəm. Metyu da, İdrissa da alınsa, çox deyil. Lazım olan qədərdir. Dumbiya məsələsində müzakirələr gedir. Yaxın günlərdə necə olacağını biləcəyik.

- Hesab 2:2 olarkən, Murad Məmmədov və Ağadadaş Salyanskini oyuna buraxdız. Bu, risk deyildi?

- Bizə hücumda daha effektli olsun deyə, həmin oyunçuları meydana buraxdıq. Murad kreativdir. Həmin cinahlarda daha da gümrah oyunçu olmasını istədik. 

- Keysuke Hondanı transfer edəndə çempion oldunuz, indi daha bir ulduz gəldi. Dejavü yaşana bilər? Oyunu ilə olmasa da, psixoloji sarıdan komandaya güc vermək üçün dəvət etmisiz?

- Belə düşünənlər də var. Mən əksini düşünürəm. Abubakar rəqiblər üçün motivasiya ola bilər. Biri var digərlərinə qarşı oynamaq, biri də var Abubakara qarşı yaxşı oynamaq onları ucaldır. Bu da bizə bəlkə əks təsir edə bilər. Hücumda problemlərimiz var idi, qol vurmaq problemimiz var idi, onu çözmək baxımından gətirmişik(sportal.az).

Son xəbərlər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar