"İmişli"ni də udacağıq" - "Kəpəz"in gündəm olan azarkeşi

"İmişli"ni də udacağıq" - "Kəpəz"in gündəm olan azarkeşi

Premyer Liqanın 8-ci turunda "Kəpəz" "Şamaxı" ilə səfər qarşılaşmasında nəhayət bu mövsüm ilk xalını və ilk qələbəsini qazandı. Özü də 4:1 hesablı darmadağınla.

Qarşılaşmadan sonra "Kəpəz"in köhnə-yeni baş məşqçisi Azər Bağırovun bu sözləri gündəm oldu:

- Bu qələbəni azarkeşlərimizə, xüsusən də, balaca azarkeşimiz var - Babək, ona həsr edirəm. Babək Gəncədən gələndə mənə demişdi ki, Azər müəllim, qələbə qazanacağıq. Bu da mənə əlavə motivasiya oldu. Ona görə onu xüsusi vurğuladım.

Bəs Babək kimdir? Sports.az xəbər verir ki, "Kəpəz"in bu balaca azarkeşi 14 il Gəncə klubuna xidmət göstərmiş və hazırki rəhbərliyin heç bir əsas olmadan işdən çıxartdığı keçmiş mətbuat katibi Azad Mustafayevin oğludur.

Babəkin hələ 9 yaşı tamam olmayıb. Qardaşı Hüseyn və babası Rafiq kişi ilə "Kəpəz"i bütün oyunlarda tribunadan dəstəkləməyə çalışırlar. 

Babək "Kəpəz"in növbəti turda da qələbə qazanacağına inanır: 

- Azər müəllimi və "Kəpəz"i çox sevirəm, komandaya 4-5 yaşlarımdan azarkeşlik edirəm. "Kəpəz" Qəbələdə oynadığı üçün atam yol uzaqlığına görə məni aparmır. Həm də deyir ki, dərslərinə fikir ver. Amma Tovuzda olanda gedirdik. Azər müəllim komandamızın ən yaxşı məşqçisidi, o "Kəpəz"i Premyer Liqada saxlayacaq. Ona hər oyunumuzdan əvvəl uğurlar arzulayıram. İnanıram ki, "İmişli"ni də məğlub edəcəyik”.

Son xəbərlər
“Atletiko” stadionda isti suyun olmamasına görə “Arsenal”dan UEFA-ya şikayət etdi
Azərbaycanlı FIFA referisi İspaniya klubunun oyununa təyinat aldı
“Arda Güler “Qızıl top”u qazanacaq”
Günün oyunları – TV
“Neftçi” Estoniya klubuna qarşı
Trapp gələcək planlarını açıqladı
Yüksək Liqada 2-ci turun oyunları keçiriləcək
Çempionlar Liqası: Liqa mərhələsində 3-cü tura start verilir
“Dortmundda özümü rahat hiss edirəm”
Xabi Alonso Vinisiusun oyununu qiymətləndirdi
Kompani nümunəsi Gündoğanı məşqçi olmağa sövq edir
Keyndən Belliingem açıqlaması
Barella Kivunu qiymətləndirdi
Fransa mətbuatı müdafiəçi Zabarnını tənqid etdi
Klopp Virtsin tənqidçilərini sərt cavabladı
“Vest Hem” “Brentford”a məğlub oldu
Turun son matçı qolsuz bitdi
Son oyunda hərəyə 1 qol, 1 xal
“Eyüpspor”dan inamlı qələbə
“Yuventus”da yeni müqavilə
Fərid Qayıbov COP10-un sədri seçilib
Azərbaycan güləşçisi DÇ-də finala yüksəldi
“Yuventus” İngiltərə nəhənglərini təkliflərini geri çevrdi
Maluda “Sabah”ın 400-cü qolunu vurub
Dünyanın ən dəyərli klubları bəlli oldu
“Azərreyl” məğlub oldu
“Çelsi” “Latsio”nun müdafiəçisini istəyir
Karrager “Liverpul”un bərbad olduğu xüsusu açıqladı
Leao “Fiorentina” üzərində əzmkar qələbəni şərh etdi
Azərbaycan millisinin Qazaxıstan yığması ilə oyunlar üçün heyəti açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar