“Qarabağ”la oyunda 1:0 normal olar” - Valverde

“Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ” ilə matç öncəsi mətbuat konfransı keçirib.
Sports.az xəbər verir ki, Valverde "Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində 2 oyuna 6 xal qazandığını bildirib:
“Qarabağ"a böyük hörmətimiz var, çünki "Benfika" və "Kopenhagen" üzərində qələbə qazanıblar. Açıq-aydın görürük ki, onlar liderdir, biz isə sonuncuyuq. Bu, bizim xal toplamağa başlamağımız üçün fürsətdir və biz bunu istəyirik”.
Valverde onun adından yayılan “Qarabağ”ı 9:0 hesabı ilə məğlub edəcəklərinə dair feyk xəbərlə bağlı azərbaycanlı jurnalistin sualına gülərək cavab verib:
“Onlara 9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir. Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar”.
Valverde matçın çətin olacağını, amma məqsədin qələbə olduğunu vurğulayıb: "Qələbə qazanmaq çətin olacaq, çünki yaxşı komandadırlar. Bu matçı digərlərindən üstün tutmuruq, amma xal vəziyyətini nəzərə alırıq”.
“Qarabağ”ı analiz etdiyini deyən Valverde bildirib: “Onlar tez-tez heyətdə dəyişikliklər edirlər, amma son matçda tanınan bir heyətlə oynadılar. Daha çox istirahət etdikləri doğrudur, amma bu da bir çətinlikdir. Qalib gəlməsək, işlər daha da mürəkkəbləşər. Onların da güclü tərəfləri var.”
O, komandasının həm yaxşı hücum etdiyini, həm də yaxşı müdafiə olunduğu deyib.
Valverfe “Qarabağ” haqqında fikirlərini belə ifadə edib:
“Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır. Legioner oyunçuları çoxdur – braziliyalılar, kolumbiyalılar, polyaklar… Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar. Ölkələrinin çempionudurlar və qalib gəlmək üçün təzyiq edəcəklər. Daha çox istirahət ediblər, tez-tez heyətlərində dəyişiklik edirlər”.
Xatırladaq ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.