“Qarabağ” nəyə qadir olduğunu göstərib” - Aytor Paredes

“Qarabağ” nəyə qadir olduğunu göstərib” - Aytor Paredes

“Bu, çox vacib, demək olar ki, həyati oyundur. Çünki bizim sıfır xalımız var. Evdə güclü olmalıyıq, 3 xal qazanmaq istəyirik və bunun üçün qələbəyə oynayacağıq”. 

Sports.az xəbər verir ki, bu sözləri “Atletik”in futbolçusu Aytor Paredes UEFA Çempionlar Liqasının Liqa mərhələsiin 3-cü turunda "Qarabağ"la oyunla bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

İspaniya millisinin də üzvü olan 25 yaşlı müdafiəçi deyib ki, azarkeşlərinin dəstəyi ilə meydana çıxacaqlar: “Onların verdiyi enerji bizə əlavə güc qatacaq. Cəsarətli olmalı, qorxmadan irəli getməli və qollar vurmağa çalışmalıyıq”.

O, “Qarabağ”dan çəkindiklərini gizlətməyib və rəqibləri barədə müsbət fikirlər səsləndirib:

“Bəziləri “Qarabağ”ı az ciddiyə alır, amma biz soyunma otağında bunu etmirik. Təzyiq altında olmasaq da, buna zərurət var. Evdə hələ 3 oyunumuz var və bunlardan maksimum yararlanmalıyıq. Çünki Çempionlar Liqasında səfərdə qələbə qazanmaq çox çətindir. Daha aqressiv və dişli olmalıyıq”.

“Qarabağ” barədə fikirlərini davam etdirən Paredes bildirib:

“Onların 6 xalı olması sürpriz deyil, biz də istərdik o qədər xalımız olsun. Rəqibi çətin komanda kimi görürük, çünki bunu nəticələrlə sübut ediblər. Bilbaoya sadəcə oynamaq üçün gəlməyiblər, onlar da qazanmaq istəyirlər. Biz özümüzü favorit hesab etmirik. Bu, maraqlı və çətin bir oyun olacaq.

Onlar sona qədər mübarizə aparan komandadır, çətin anlarda da oyundan düşmürlər, sabit oynayırlar və qol  vurmaq gücünə malikdilər. Bütün Çempionlar Liqası komandaları kimi onların da yaxşı tərəfləri var. Biz onları hörmətlə qarşılayırıq, çünki nəyə qadir olduqlarını göstəriblər”.

Xatırladaq ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

Son xəbərlər
“Gələn il komanda hesabında dünya çempionu olmaq üçün…” - Nəzəriani
“Neftçi” FIBA Avropa Kubokunda tarixi qələbə qazandı”
Matteusdan Keyn haqda açıqlama
“Fulhem” baş məşqçisini qoruyub-saxlamağa çalışır
“Napoli” Batrakovla bağlı şayiəni təkzib etdi
Tudorun yerinə üç namizədin adı hallanır
Azərbaycan güləşçisi dünya çempionu oldu
MPK rəhbərliyi Panyutinlə uzunmüddətli planları müzakirə edib
“Atletik”ə qarşı layiqli mübarizə aparmaq istəyirik” - Medina
Elmir Əliyev dünya çempionatının finalında
“Neftçi”dən əsas mərhələdə ilk qələbə
“Çelsi” və “Milan” Panikelli ilə maraqlanırlar
“Real”ın müdafiəçisi “el-klasiko”nu buraxacaq
“Atletik”lə matçda futbolçular çox hərəkət etməli olacaqlar” – Qurbanov
Yüksək Liqada növbəti oyunlar keçirilib
“Real”ın düşərgəsində itkilər var
“Olimpik” sabiq qapıçısının formasını əbədiləşdirdi
“Qızıl medala layiq idim” – Balabəy Ağayev
“Qarabağ” nəyə qadir olduğunu göstərib” - Aytor Paredes
Pedri “Barselona”nın oyun keyfiyyətindən narazıdır
“Qarabağ”la oyunda 1:0 normal olar” - Valverde
“Azərbaycan çempionatı çox rəqabətlidir” - “Lənkəran”ın basketbolçusu
Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
Endrik Fransa nəhənglərindən birinə qoşulmaq istəyindədir
“Neftçi” Abubakarla müqavilənin müddətini açıqladı
Premyer Liqa klubunda yeni baş məşqçi
“Neftçi”nin yeni transferi Bakıda müayinədən keçdi
“Xankəndi” və “Şəki Siti”dən darmadağın
“Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim” - Kotsoyev
“Bayern”dən baş məşqçisi ilə yeni müqavilə
DAHA ÇOX

Ən çox oxunanlar