“Atletik”lə matçda futbolçular çox hərəkət etməli olacaqlar” – Qurbanov

“Atletik”lə matçda futbolçular çox hərəkət etməli olacaqlar” – Qurbanov

“Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq”.

Sports.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə (Bilbao, İspaniya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

“Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. “Atletik” özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressov oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. “Atletik”"in oyun tempinə davam gətirmək istəyirik”, - baş məşqçi bildirib.

O, yarımmüdafiəçi Marko Yankoviçin komanda ilə birgə məşqlərə qatıldığını söyləyib:

"Ola bilsin, formasından bir az uzaq qalıb. Onun təcrübəsindən hər zaman yararlanmaq istəyirik. Lakin əsas heyətdə meydana çıxıb-çıxmayacağına qərar verməmişəm. Nəriman Axundzadə ilə Kamilo Duran isə çox yaxşı formadadırlar. Özlərini həm oyunlar, həm də məşqlər zamanı yaxşı tərəfdən göstərirlər. Sabaha qədər vaxtımız var. Əsas heyətdə kimlərin çıxış edəcəyini müəyyənləşdirəcəyik".

Qurbanov "Qarabağ"ın Çempionlar Liqası matçlarına çoxsaylı türkiyəli azarkeşlərin gəldiyini vurğulayıb:

"İstər Bakıda, istərsə də səfərdəki qarşılaşmalarımıza qardaş ölkənin futbolsevərləri təşrif buyururlar. Onların hər birinə öz təşəkkürümüzü bildiririk. Mövcud vəziyyət bizim məsuliyyətimizi bir qədər də artırır. Belə olan halda matçlara daha həvəslə hazırlaşırıq".

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Son xəbərlər
“Gələn il komanda hesabında dünya çempionu olmaq üçün…” - Nəzəriani
“Neftçi” FIBA Avropa Kubokunda tarixi qələbə qazandı”
Matteusdan Keyn haqda açıqlama
“Fulhem” baş məşqçisini qoruyub-saxlamağa çalışır
“Napoli” Batrakovla bağlı şayiəni təkzib etdi
Tudorun yerinə üç namizədin adı hallanır
Azərbaycan güləşçisi dünya çempionu oldu
MPK rəhbərliyi Panyutinlə uzunmüddətli planları müzakirə edib
“Atletik”ə qarşı layiqli mübarizə aparmaq istəyirik” - Medina
Elmir Əliyev dünya çempionatının finalında
“Neftçi”dən əsas mərhələdə ilk qələbə
“Çelsi” və “Milan” Panikelli ilə maraqlanırlar
“Real”ın müdafiəçisi “el-klasiko”nu buraxacaq
“Atletik”lə matçda futbolçular çox hərəkət etməli olacaqlar” – Qurbanov
Yüksək Liqada növbəti oyunlar keçirilib
“Real”ın düşərgəsində itkilər var
“Olimpik” sabiq qapıçısının formasını əbədiləşdirdi
“Qızıl medala layiq idim” – Balabəy Ağayev
“Qarabağ” nəyə qadir olduğunu göstərib” - Aytor Paredes
Pedri “Barselona”nın oyun keyfiyyətindən narazıdır
“Qarabağ”la oyunda 1:0 normal olar” - Valverde
“Azərbaycan çempionatı çox rəqabətlidir” - “Lənkəran”ın basketbolçusu
Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
Endrik Fransa nəhənglərindən birinə qoşulmaq istəyindədir
“Neftçi” Abubakarla müqavilənin müddətini açıqladı
Premyer Liqa klubunda yeni baş məşqçi
“Neftçi”nin yeni transferi Bakıda müayinədən keçdi
“Xankəndi” və “Şəki Siti”dən darmadağın
“Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim” - Kotsoyev
“Bayern”dən baş məşqçisi ilə yeni müqavilə
DAHA ÇOX

Ən çox oxunanlar