“Qarabağ” “Atletik”ə də qalib gələ biləcək?

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti sınağına çıxacaq.
Sports.az xəbər verir ki, Ağdam klubu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gələcək.
Komandalar arasındakı oyunda Bilbaoda baş tutacaq. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
“Qarabağ” daha öncə “Benfika”ya 3:2, “Kopenhagen”ə isə 2:0 hesabıyla qalib gəlib. “Atletik” isə ilk turda “Arsenal”a 0:2, daha sonra Dortmund “Borussiya”sına 1:4 hesabıyla uduzub. Bir sözlə, Azərbaycan klubu növbəti, “Atletik” isə ilk xal və ya xallarını qazanmağa çalışacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr
“Atletik” - “Qarabağ”
Baş hakim: İqor Payaç (Xorvatiya).
“San Mames” stadionu. Saat 20:45.