“Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”

“Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Qazaxıstanda təşkil olunan təlim-məşq toplanışı ilə bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sports.az xəbər verir ki, baş məşqçi komandada ab-havanın yüksək olduğunu deyib:

“Belə toplanışlar bizim üçün çox önəmlidir. Beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsək, futbolçularımız bir-birilərini bir o qədər yaxşı anlayarlar. Sevindirici haldır ki, heyətə cəlb olunanlar öz klublarında müntəzəm oynayırlar. Milliyə Rusiya, Türkiyə, Qazaxıstan çempionatından gələnlər var. Onların klublarında daim oynamaları bizim üçün çox önəmlidir. Çünki belədə millinin düşərgəsinə tam hazır gəlirlər. Təəssüf ki, bəzi futbolçularımız zədə səbəbindən budəfəki toplanışda iştirak etmirlər. Ümid edirəm ki, onlar da tezliklə sağalacaq və qarşıdakı hazırlıqlara qoşulacaqlar”.

Siyasət Əsgərov Qazaxıstan yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşlərində uğurlu nəticə qazanmağa çalışacaqlarını vurğulayıb: “Komandamız toplanışın sonluğunun yaxşı bitməsi üçün əlindən gələni edəcək. Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcəyik. Hər iki matçı yüksək səviyyədə keçirməyə çalışacağıq. Qarşıda bizi dünya çempionatının seçmə mərhələsi gözləyir. Məqsədimiz həmin oyunlara tam hazır olmaqdır”.

Qeyd edək ki, millimiz oktyabrın 24-də və 27-də Çimkənddə Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Son xəbərlər
“Qarabağ” “Atletik”ə məğlub oldu
“Rəqib komandaya zəif olmadığımızı sübut etməyə çalışdıq”
Azərbaycan klubu “Trefl”ə də uduzdu
“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasında Fransa klubuna uduzdu
Şəkidə məşqçi kurslarına start verilib
“Atletiko” Alvaresə görə “Barselona” ilə danışıqlara hazırdır
Çexiya millisində müvəqqəti baş məşqçi
“Real” qışda futbolçusunu buraxmağa hazırdır
Flik “Real”la matçda komandasına kömək edə bilməyəcək
Azərbaycanlı mütəxəssis ÇL oyununa təyinat alıb
“Tottenhem” “Portu”nun “vuran ayağı”na göz dikib
“Qalatasaray”da ciddi itki
“Sportinq” məzununu “Barselona”ya buraxmaq istəmir
Yamal Çempionlar Liqasının tarixinə düşdü
“Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi stadion təmirə bağlandı
“Difai” “Şimal”a böyük hesabla qalib gəldi
“Zirə” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın U-19 komandası “Atletik”ə uduzdu
Aleksander-Arnoldun sıraya dönəcəyi tarix açıqlandı
Çempionlar Liqası tarixinin ikinci ən yaxşı göstəricisi
“Müdafiədə bəzi dəyişikliklər edəcəyik”
Dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub
Feliksdən Ronaldo haqda açıqlama
Messidən MLS-də yeni rekord
Premyer Liqanın 9-cu turu rəqəmlərin gözü ilə
“Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”
Florentino Peres “Real”da inqilab etmək niyyətindədir
XXI əsrin rekordu təkrarlandı
Yüksək Liqada 6-cı turun təyinatları bəlli oldu
AÇ: Daha bir boksçumuz yarımfinala vəsiqə qazandı
DAHA ÇOX

Ən çox oxunanlar