“Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi stadion təmirə bağlandı

“Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi stadion təmirə bağlandı

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirdiyi "Liv Bona Dea Arena" stadionu noyabrın 30-dək əsaslı təmirə bağlanıb.

Sports.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bununla əlaqədar PFL-in Premyer Liqanın təqvimində dəyişikliklər etməsi zərurəti yaranıb.

Əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən "Araz-Naxçıvan" klubundan alternativ stadion təqdim etməsi tələb olunub və paralel şəkildə ölkə stadionlarının ümumi durumu təhlil edilib. Rəqiblərə eyni şərtlərin təmin olunması məqsədilə klubun ev oyunlarını keçirdiyi Bakı və ətraf ərazilərdə yerləşən stadionlar nəzərdən keçirilib.

Aparılmış qiymətləndirmə nəticəsində "Bank Respublika Arena" və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ən uyğun variantlar kimi müəyyənləşdirilib. Yerli və beynəlxalq oyunların qrafiki nəzərə alınmaqla, Misli Premyer Liqasının IX turunun "Araz-Naxçıvan" – "Sabah" oyunu "Bank Respublika Arena"da, XI turun "Araz-Naxçıvan" – "Karvan-Yevlax" və XII turunun "Araz-Naxçıvan" – "Turan Tovuz" matçları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, qarşılaşmaların tarixi və başlama saatlarında dəyişiklik yoxdur.

Son xəbərlər
“Qarabağ” “Atletik”ə məğlub oldu
“Rəqib komandaya zəif olmadığımızı sübut etməyə çalışdıq”
Azərbaycan klubu “Trefl”ə də uduzdu
“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasında Fransa klubuna uduzdu
Şəkidə məşqçi kurslarına start verilib
“Atletiko” Alvaresə görə “Barselona” ilə danışıqlara hazırdır
Çexiya millisində müvəqqəti baş məşqçi
“Real” qışda futbolçusunu buraxmağa hazırdır
Flik “Real”la matçda komandasına kömək edə bilməyəcək
Azərbaycanlı mütəxəssis ÇL oyununa təyinat alıb
“Tottenhem” “Portu”nun “vuran ayağı”na göz dikib
“Qalatasaray”da ciddi itki
“Sportinq” məzununu “Barselona”ya buraxmaq istəmir
Yamal Çempionlar Liqasının tarixinə düşdü
“Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi stadion təmirə bağlandı
“Difai” “Şimal”a böyük hesabla qalib gəldi
“Zirə” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın U-19 komandası “Atletik”ə uduzdu
Aleksander-Arnoldun sıraya dönəcəyi tarix açıqlandı
Çempionlar Liqası tarixinin ikinci ən yaxşı göstəricisi
“Müdafiədə bəzi dəyişikliklər edəcəyik”
Dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub
Feliksdən Ronaldo haqda açıqlama
Messidən MLS-də yeni rekord
Premyer Liqanın 9-cu turu rəqəmlərin gözü ilə
“Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”
Florentino Peres “Real”da inqilab etmək niyyətindədir
XXI əsrin rekordu təkrarlandı
Yüksək Liqada 6-cı turun təyinatları bəlli oldu
AÇ: Daha bir boksçumuz yarımfinala vəsiqə qazandı
DAHA ÇOX

Ən çox oxunanlar