“Atletik”ə məğlub olmaq istəmirdik” - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Atletik"ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub, saxladılar. Futbolçularımız üçün bu asan deyildi. "Atletik" hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir. və məsuliyyət böyüyür".
"Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesbalı qələbəsi ilə bitib.