Milli üzvləri üçün danışılmış oyunlara qarşı sessiya

Milli üzvləri üçün danışılmış oyunlara qarşı sessiya

AFFA-nın Kompleyens və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, UEFA-nın danışılmış oyunlarla mübarizə üzrə məsul şəxsi Naib Əsədov tərəfindən Azərbaycanın qadınlardan ibarət U-17 milli komandası üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirilib.

Sports.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA yarış qaydalarında müəyyən edilmiş format əsasında baş tutan təlimin əvvəlində iştirakçıların bu sahədə mövcud biliklərinin yoxlanılması üçün qısa sual-cavab mərhələsi keçirilib.

Komanda üzvlərinə futbolun əsas dəyərləri və dürüst oyun prinsipləri izah edilib, danışılmış oyunların anlayışı, bu əməllərin mahiyyəti və mümkün nəticələri barədə ətraflı məlumat verilib. Real hadisələr üzərindən müzakirələr aparılıb, statistik göstəricilər və videoçarxlar nümayiş etdirilib.
 
Təlim çərçivəsində həmçinin aşağıdakı mövzular izah olunub:
• Mərc fəaliyyəti və qanunsuz əməllərin riskləri,
• Sanksiyalar və onların tətbiq mexanizmi,
• Danışılmış oyunlarla bağlı AFFA İntizam Məcəlləsinə 2025/2026 futbol mövsümü üçün edilmiş dəyişikliklərin mahiyyəti.
 
Sessiyanın sonunda futbolçular mövzu ilə bağlı suallar verib, təlimçi tərəfindən cavablandırılıb.

AFFA bundan sonra da gənc futbolçuların maarifləndirilməsi, ədalətli oyun və şəffaflıq prinsiplərinin təbliği istiqamətində tədbirlərini davam etdirəcək.

Son xəbərlər
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
Bruno Fernandes Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırdı
“Mbappe “Qızıl top”a layiqdir”
Luis Enrike oyunçularına yanaşmasını açıqladı
Hücumçusu “Roma”dan ayrılmaq niyyətindədir
“Bayern”in işləri yaxşı gedir” - Robben
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
Kovaçiçlə “ortabablar” maraqlanırlar
“Real” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar