Azərbaycan futbolu
Azərbaycan millisi yoxlama oyununda Qazaxıstana qalib gəldi

24.10.2025 | 20:30
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
Sports.az xəbər verir ki, yerli komanda ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb.
Çimkənd şəhər stadionunda baş tutan oyunda Azərbaycanın qollarını Esra Manya (27) və Sevinc Cəfərzadə (82) vurublar.
Tərəflər arasında ikinci oyun oktyabrın 27-də baş tutacaq.
Son xəbərlər





























