“Xarakter göstərən komandamıza təşəkkür edirəm”

“Xarakter göstərən komandamıza təşəkkür edirəm”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sports.az xəbər verir ki, o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:

“Oktyabrın 20-dən burada təlim-məşq toplanışındayıq. Bu gün yerli komandaya qarşı ilk yoldaşlıq görüşünü keçirdik. Qazaxıstanın qadın futbolu son illər yüksəlişdədir. Rəqibi təhlil etdiyimiz zaman güclü futbolçulara sahib olduqlarını görmüşük. Bugünkü matçı iki hissəyə bölmək olar. Birinci hissədə çox yaxşı çıxış etdik, hesabı açdıq. Fasiləyə qədər ən azı daha bir qol vura bilərdik. Qazaxıstan yığmasının da təhlükəli hücumları oldu, amma müdafiədə çox diqqətli oynadıq. İkinci hissədə isə rəqib oyun planını dəyişdi, əsasən uzun ötürmələrlə hücumlar qurmağa çalışdı. Bu da bizə müəyyən problemlər yaratdı. Qolu da standart vəziyyət zamanı öz səhvimizdən buraxdıq. Buna baxmayaraq, qələbə qazandıq. Görüşün əvvəlindən sonuna qədər qalib gəlmək üçün əlindən gələni edən, xarakter göstərən komandamıza təşəkkürümü bildirirəm”.

Millimiz Qazaxıstan yığması ilə ikinci yoldaşlıq görüşünü oktyabrın 27-də keçirəcək.

Son xəbərlər
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
Bruno Fernandes Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırdı
“Mbappe “Qızıl top”a layiqdir”
Luis Enrike oyunçularına yanaşmasını açıqladı
Hücumçusu “Roma”dan ayrılmaq niyyətindədir
“Bayern”in işləri yaxşı gedir” - Robben
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
Kovaçiçlə “ortabablar” maraqlanırlar
“Real” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar