Azərbaycan futbolu
“Araz-Naxçıvan” “Sabah”a, “Zirə” “Sumqayıt”a qarşı

25.10.2025 | 09:00
Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə, “Araz-Naxçıvan” “Sabah”ı paytaxt təmsilçisinin stadionunda “qəbul edəcək”.
Günün digər qarşılaşması “Zirə” ilə “Sumqayıt” arasında olacaq.
Daha öncə keçirilmiş oyunlarda “Karvan-Yevlax” “Turan Tovuz”a (1:2), “Kəpəz” “İmişli”yə (0:3) məğlub olub. “Qəbələ” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” oyunları isə sabah keçiriləcək.
Premyer Liqa
9-cu tur
25 oktyabr
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 16:00.
“Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:30.
Son xəbərlər





























