Azərbaycan futbolu
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu

26.10.2025 | 12:20
"Araz-Naxçıvan"ın üzvü, Azərbaycan millisinin Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnən Rahil Məmmədov əməliyyat olunub.
Sports.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub.
Cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib.
Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
Son xəbərlər





























