AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar

AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub.

Sports.az xəbər verir ki, tədbir 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən Uşaq Hüquqları Aylığı çərçivəsində UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə həyata keçirilib.

Seminarın açılışını AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva edib. Təlim prosesinə Layihə Əsaslı Öyrənmə üzrə ekspert və layihənin mentoru Ofeliya Qafarova və psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktay qızı rəhbərlik ediblər.

Tədbirdə Misli Premyer Liqasında iştirak edən klubların sosial və ətraf mühit üzrə məsul menecerləri iştirak ediblər. Onlara uşaqların hüquqlarının qorunması, etik davranış kodeksi, zorakılıq və ayrı-seçkiliyin qarşısının alınması, təhlükəsiz futbol mühitinin yaradılması ilə bağlı praktiki materiallar təqdim olunub.

Seminarın təşkilində əsas məqsəd futbol mühitində uşaqların hüquqlarının tanınması və qorunması, zorakılıq və təhlükəli davranışların qarşısının alınması, etik davranış prinsiplərinin formalaşdırılması, təhlükəsiz futbol şəraitinin yaradılmasıdır. Bu təşəbbüs AFFA və UEFA-nın birgə səyləri nəticəsində həyata keçirilən sosial məsuliyyət layihəsi çərçivəsində uşaqların müdafiəsini gücləndirməyi, həmçinin futbolu sosial inkişaf və maarifləndirmə vasitəsinə çevirməyi hədəfləyir.

Təlim proqramı çərçivəsində iştirakçılar "Hüquq Kartları" və "Futbolda Hüquq Pozuntusu" adlı interaktiv tapşırıqlarda iştirak ediblər, Zorakılıq və təhlükəli davranışların tanınması üzrə real ssenarilər əsasında qrup müzakirələri aparıblar. Həmçinin "Öz Broşürünü Hazırla" fəaliyyəti ilə maarifləndirici materialların hazırlanması üzrə praktik bacarıqlar qazanıb və Doğru/Yanlış oyunu vasitəsilə təhlükəsiz futbol mühiti prinsiplərini öyrəniblər.

Seminarın sonunda iştirakçılara davranış kodeksinin hazırlanması və tətbiqi, uşaqlar üçün geribildirim mexanizmlərinin qurulması və maarifləndirici tədbirlərin klublarda və akademiyalarda təbliği üzrə tövsiyələr verilib.

AFFA tərəfindən bu cür seminarların gələcəkdə milli komandalar, liqa təmsilçiləri və məktəb şagirdləri üçün də keçirilməsi planlaşdırılır.

Məqsəd uşaq futbolunda təhlükəsiz, inklüziv və hörmətə əsaslanan mühitin davamlı şəkildə təşviq edilməsidir.

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
DAHA ÇOX

Ən çox oxunanlar