"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb

"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb

"Kəpəz" Peşəkar Futbol Klubunun nəzdində yeni şura – "Gəncənin futbol əfsanələri" təsis edilib.

Sports.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə "Kəpəz" PFK-nın infrastruktur rəhbəri Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, köməkçi məşqçi Zaur Əsədov, eləcə də Gəncə futbolunda dərin iz qoymuş sabiq futbolçular iştirak ediblər.

İclas iştirakçıları əvvəlcə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin, həmçinin dünyasını dəyişmiş futbolçuların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən klubun infrastruktur rəhbəri Ruslan Məmmədov şuranın yaradılma məqsədi barədə məlumat verib. O, bildirib ki, şuranın əsas məqsədi Gəncə futbolunun tarixi irsini qorumaq, təcrübəli futbolçularla gənc nəsil arasında əlaqəni gücləndirməkdir.

R.Məmmədov həmçinin şuranın şüarını açıqlayıb - "Əfsanələr keçmişdə qalmır – onlar gələcəyini qurur".

O, şuranın sədri vəzifəsinə Əli Rəhimovun namizədliyini irəli sürüb. İştirakçılar təklifi dəstəkləyiblər və Əli Rəhimov "Gəncənin futbol əfsanələri" şurasının sədri seçilib. Etimada görə minnətdarlığını bildirən Əli Rəhimov şuranın gələcək planları barədə danışıb, Gəncə futbolunun inkişafı istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Tədbirin sonunda keçmiş futbolçular öz fikirlərini səsləndirib, təklif və iradlarını bölüşüblər. İclas iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
DAHA ÇOX

Ən çox oxunanlar