“Əminəm ki, belə oyunla uğur gələcək”

“Əminəm ki, belə oyunla uğur gələcək”

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 9-cu turu çərçivəsində doğma meydanda "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:

"Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, epizodları dəyərləndirə bilmirik. Bu qədər qol vəziyyətləri yaradırıq. Fərdi səhvlərdən qollar buraxırıq. Sanki bir qədər soyuqqanlılıq çatmır və müdafiədə səhvlərə yol veririk. Nə etmək olar? Bu səhvləri aradan qaldırmaq üçün bundan sonra da işləməliyik. Təəssüfləndirici məğlubiyyətdir. Yaratdığımız epizodların 20 faizini qola çevirə bilsəydik, nəticə daha yaxşı ola bilərdi.

Abubakar yetərincə səviyyəli futbolçudur. Amma hazırda ideal formasından uzaqdır. Biz öz oyunumuza baxmalıyıq. Belə futbolçuların gəlişi təbii ki, çempionatın səviyyəsini qaldırır. 

Hamı qeyd edir ki, "Qəbələ" çox yaxşı futbol oynayır. Bunu biz də görürük, siz də görürsüz. Amma əsas olan xaldır. Bizim xalımız azdır. Vacib olan odur ki, xallar qazanaq. Karyeram ərzində heç vaxt liqada qalmaq uğrunda mübarizə aparan komandada işləməmişəm. 8 il Azərbaycanda, 5 ilə Qazaxıstanda işlədiyim klublar daim yüksək yerlər uğrunda mübarizə aparıb. Bu, mənim üçün də çətindir. Klub prezidenti ilə görüşümüz oldu, müzakirə etdik. Təəssüf doğuran odur ki, biz oyun baxımından "Neftçi"dən geri qalmadıq. Onların cəmi iki zərbəsi oldu, ikisi də qolla nəticələndi. Amma bizim nə qədər zərbələrimiz, rəqib qapıçının qurtarışları oldu. Mən 1-ci Liqada işləyəndə çoxları təəccüblə qarşıladı. Amma dedim ki, söz vermişəmsə, bu işi görəcəm. İndi də bu sözü vermişəm. Komandanın Premyer Liqada qalması üçün əlimdən gələni edəcəm. Əminəm ki, belə oyunla uğur gələcək. Səbr edəcəm, axıra qədər işimin başında olacam.

Samir Abasova mənim haqda dediyi müsbət sözlərə görə təşəkkür edirəm. Onunla tez-tez görüşürük. Onun yaxşı məşqçi kimi yetişməsinə görə şadam. Samir Abasov çempion olub. Məndən də nəsə götürübsə, buna görə sevinərəm. Yaxşı yerli məşqçilər var. Qurban Qurbanov, Ayxan Abbasov, Rəşad Sadıqov, Elmar Baxşıyevi qeyd edə bilərəm. Biz isə bütün diqqətimizi öz komandamıza yönəltməliyik ki, Premyer Liqada yerimizi qoruyaq”.

Son xəbərlər
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
DAHA ÇOX

Ən çox oxunanlar