Azərbaycan futbolu
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley

27.10.2025 | 12:00
Misli Premyer Liqasının 9-cu turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.
Sports.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.
Kabo-verdeli yarımmüdafiəçinin yubileyi "Sabah"la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.
Patrik Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, "Qarabağ"da 92 görüşdə 8 qola sevinib, "Araz-Naxçıvan"da isə 8 matçda iştirak edib.
Son xəbərlər





























