Azərbaycan futbolu
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi

27.10.2025 | 12:45
"Zirə"nin futbolçusu Ceyhun Nuriyev Premyer Liqada 100-cu matçını keçirib.
Sports.az xəbər verir ki, yarımmüdafiəçi bunu Misli Premyer Liqasının 9-cu turunda "Sumqayıt"la ev matçında (1:0) reallaşdırıb.
O, qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.
Hesabında 11 qol olan C.Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. 2020/2021 mövsümündə "Sabah"da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), "Zirə"də 54 (7 qol) dəfə şans qazanıb.
Son xəbərlər





























