Azərbaycan futbolu
“Araz-Naxçıvan”dan Benin millisinə

31.10.2025 | 19:15
“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.
Sports.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.
Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.
Braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.
Son xəbərlər





























