“Abubakar “Neftçi” üçün xeyirli olsun” - Qurbanov

“Qarabağ” bu gün Misli Premyer Liqasının 10-cu turunun açılış matçında “İmişli”ni qəbul edib.
Sports.az xəbər verir ki, 2:0 hesabı ilə qalib kələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib.
Qurbanov çox vacib qələbə qazandıqlarını bildirib:
“Öncə “İmişli” rəhbərləyinə təşəkkür edirəm ki, razı oldular oyunun yerini dəyişməyə. Oyuna gəlincə, çox vacib qələb qazandıq. İntizamlı komandaya qarşı çıxış edirdik. Xüsusən, ilk hissədə çox yaxşı idilər. Çox vacib qələbə oldu.
Hər bir oyuna ciddi yanaşmalıyıq. Bu, futbolçular üçün də çox önəmlidir. Qarşıdakı matçlarda da qalib gəlib, liderlər sırasında mövqeyimizi möhkəmləndirməliyik.
Rəqibə də uğurlar arzulayıram. Qısa müddətdə yaxşı komanda qurublar, intizamlı oyun göstərirlər.
Biz elə bir rejimdə oynayırıq ki, komandanı eyni səvviyyədə saxlamaq olmur. Bəzən fasilə qısa, bəzən uzun olur. Amma buna baxmayaraq, çalışırıq ki, oyunçuların sağlamlığını qoruyaq.
Hansısa yenilik yoxdur. Futbol ötürmə oyunudur. Bütün diqqətimizi bunun üzərində qurmalıyıq. Daha sürətli ötürmələr, dinamik çıxış etməliyik.
Vensan Abubakar “Neftçi” üçün xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm, belə oyunçuları 1-2 ay əvvəl razı salmaq olmur. Biz keyfiyyətli oyunçu transferindən qaçmamışıq. Sadəcə olaraq, bəzən alınmır. Bəzən görürsən ki, futbolçu gəlmək istəmir. Bizim də belə fürsətimiz olsa, yararlanmaq istərik.
Nərmian Axundzadənin fiziki durumu yerindədir. 90 dəqiq oynamaq üçün formadadır. Növbəti oyunda start heyətində oynamaq ehtimalı var. Oyunun gedişinə baxacağıq.
Təkcə bizim oyunlarda yox, bütün matçlarda futbolun bəzəyi azarkeşlərdir. Sən nə qədər də motivasiya eləsən, futbolçu həmin oyunu oynamayacaq. Bir var sən motivasiya edəsən, çıxa stadiona, azarkeş də motivasiya edir, onda tam fərqli çıxış edir. Azarkeşin olmaması çempionatın səviyyəsini nümayiş etdirir. Fərqi yoxdur stadionun tutumu nə qədərdir”.





























