Futzal hakimləri və inspektorlar üçün seminar

Futzal hakimləri və inspektorlar üçün seminar

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Bakıda futzal hakimləri və inspektorları üçün seminar keçirilib.

Sports.az xəbər verir ki, üç gün çəkən seminara UEFA-nın futzal üzrə eksperti və instrukturu Peri Qotye rəhbərlik edib.

O, iştirakçılar üçün nəzəri və praktiki məşğələlər keçərək oyun qaydalarındakı son dəyişiklikləri, müasir hakimlik prinsiplərini və epizodların analiz metodlarını təqdim edib.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən gəlmiş aparıcı və gənc futzal hakimləri, eləcə də onların fəaliyyətini qiymətləndirən inspektorlar iştirak ediblər. Seminarın təşkilində əsas məqsəd Azərbaycan futzal hakimliyinin beynəlxalq standartlara uyğun inkişafına və UEFA ilə əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək olub.

Peri Qotye iştirakçıların yüksək maraq və fəallıq göstərdiyini qeyd edib və seminarın Azərbaycan futzalında hakimlik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağına inandığını bildirib.
AFFA nümayəndələri göstərilən dəstəyə görə UEFA-ya və Peri Qotyeyə təşəkkür edib, belə təlimlərin davamlı keçirilməsinin futzal hakimliyinin inkişafında vacib rol oynadığını vurğulayıblar.

Son xəbərlər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
“Bütün oyunlarda istəkli olmuşuq” - Samir Abasov
“Verdikəri qərarların hamısı onlara yedizdiriləcək” - Azər Bağırov
Avropa nəhəngləri “Levante”nin hücumçusu ilə maraqlanırlar
“Neftçi”dən asan, “Zirə”dən çətin qələbə
Abşeron-Xızı bölgəsində region birinciliyinə start verilib
“Liverpul” iki yüksək səviyyəli yarımmüdafiəçi istəyir
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
MY “Real”la oyunçu mübadiləsini hədəfə aldı
Bu gün 5-ci turun daha iki oyunu baş tutacaq
Günün oyunları – TV
“Barselona”nın düşərgəsində narazılıq hökm sürür
DAHA ÇOX

Ən çox oxunanlar