Azərbaycan futbolu
“Sabah” “Qəbələ”yə qarşı

03.11.2025 | 09:00
Bu gün Misli Premyer Liqasında 10-cu tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.
“Sabah” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Oyunu Fərid Hacıyev idarə edəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”yə (2:0), “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Şamaxı”ya (2:1), “Sumqayıt” “Araz-Naxçıvan”a (3:2) qalib gəlib, “Karvan-Yevlax” isə “Zirə”yə uduzub – 2:3.
Misli Premyer Liqası
10-cu tur
3 noyabr
“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
“Bank Respublika Arena”, 19:30.
Son xəbərlər





























