“Qarabağ”la oyun çətin keçəcək” - Mareska

“Qarabağ”la oyun çətin keçəcək” - Mareska

"Çelsi" üçün "Qarabağ"la oyun çətin olacaq.

Sports.az xəbər verir ki, bunu İngiltərənin"Çelsi" klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

"Qarabağ"la oyun bizim üçün vacibdir. Çünki ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Şübhəsiz ki, bəzi oyunçuları rotasiya etməliyik. Cümə günü Londona qayıdırıq və sonra şənbə günü oyunumuz var. Uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq. "Qarabağ" yaxşı komandadır. Onlar "Benfika" və "Kopenhagen"ə qalib gəliblər. "Atletik"lə matçda hesabda irəli idilər lakin sonradan məğlub oldular. "Qarabağ" uzun illərdir ki, eyni baş məşqçi ilə çalışır. Komanda olaraq evdə çox sıx oynayırlar. Şübhəsiz ki, çətin oyun olacaq".

O, əsas futbolçularından olan Koul Palmerin zədəsindən danışıb:

"Palmer bizim üçün hər zaman lazımdır. Təəssüf ki, sabah "Qarabağ"a qarşı matçda görə bilməyəcəyik. Tez bir zamanda zədəsini sağaldacağı və aramıza dönəcəyini gözləyirik".

E.Mareska Q.Qurbanovun 17 il ərzində Ağdam klubunu çalışdırmasının inanılmaz olduğunu dsöyləyib:

"Bu, inanılmazdır. Sözün düzü hər vaxt rastlaşmadığım bir şeydir. 17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Son xəbərlər
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
Keyn “Barselona”ya keçə bilərmi?
Əvəzedicilərin yarışında 10-cu turun təyinatları açıqlandı
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar