Azərbaycan futbolu
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev

04.11.2025 | 18:00
"Qarabağ" Çempionlar Liqasındakı növbəti oyunun mahiyyətini bilir.
Sports.az xəbər verir ki, bu barədə "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev mətbuat konfransında açıqlama verib.
Cinah müdafiəçisi Bakıda İngiltərənin "Çelsi" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:
"Rahat oynamalıyıq. Rəqibi təhlil etmişik. Mənfi və müsbət cəhətlərini bilirik. Güclü futbolçuları var. Amma biz oyuna tam hazırıq. Matçın mahiyyətini bilirik".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Son xəbərlər





























