“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi

“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi

6-cı İslam Həmrəyliyi Oyunlarında bu gün Liviyanı 5:4 hesabı ilə məğlub edən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, o, startdakı qələbə barədə bunları söyləyib:

“İlk növbədə komanda uzvlərinin birliyini və həvəsini qeyd etmək istərdim. Məncə, bu əsas məqamlardan biri idi. İlk dəqiqədə qol vurduq, amma bəzi səhvlərə yol verdik və məğlub duruma düşdük. Fasilədə apardığımız söhbət ikinci hissədə effektini və zəif olmadığımızı göstərdi. Daha güclü ola, fərqli hesabla qələbə qazana bilərdik. Səhvlər etsək də, uşaqların ürəyindəki istək, gözlərindəki alov sayəsində qələbə qazandıq. Əlbəttə, bu cür istəkli, əzmkar olmaq vacibdir.

Azərbaycandan gələn və tribunada bizi dəstəkləyən inanların rolu da az olmadı. Onların səslərini eşidir, dəstəyini hiss edirdik. Təbii ki, onların dəstəyi futzalçılara əlavə güc, həvəs verirdi.

Oyunçular deyilənləri diqqətlə dinləyir, meydanda tətbiq etməyə çalışırlar. Düzdür, bunu bəzən sona qədər edə bilmirlər, amma onlarda güvən görürəm və bu güvən sayəsində yaxşı işlər görəcəyik”.

Son xəbərlər
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
DAHA ÇOX

Ən çox oxunanlar