“Qarabağ”ın yubileyi

“Qarabağ”ın yubileyi

“Qarabağ” avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.

Sports.az PFL-ə istinadən xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna təsadüf edib.

“Çelsi” ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. İngiltərə təmsilçisi ilə matç 2:2 hesabı ilə başa çatıb.

“Qarabağ” Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar kubokunda 4, İntertoto kubokunda 4 matça çıxıb.

“Qarabağ”ın bu qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb.

“Qarabağ” Çempionlar Liqasında 105, Avropa Liqasında (əvvəl UEFA kuboku) 124, Konfrans Liqasında 19, Kuboklar kubokunda 1, İntertoto kubokunda 2 qol vurub.

“Qarabağ” bu qarşılaşmalarda 77 qələbə qazanıb, 47 heç-heçə edib cə 76 dəfə uduzub. 251 qol vuran komanda 261 top buraxıb.

Qeyd edək ki, “Qarabağ” avrokuboklarda 1996/97 mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də “MüPA” ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəlib – 0:1. İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.

Son xəbərlər
Hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza
“Qarabağ”la “Araz-Naxçıvan” Təcili Tibbi Yardım gecikdiyinə görə cərimələndi
PSJ gənc ulduzla bağlı transfer fikrindən daşındı
“Neftçi”yə 2500 manatlıq cərimə
Qurban Qurbanov derbilərdə hər iki komandanın baş məşqçisi olmuş yeganə şəxsdir
Azərbaycan derbilərində indiyədək 33 mütəxəssis baş məşqçi olub
Rusiya klubları “Loryan”ın hücumçusu ilə maraqlanırlar
“Qarabağ”ın yubileyi
De Bleker Premyer Liqanın 10-cu turundakı mübahisəli epizodları şərh etdi - VİDEO
Mərkəzi oyun Məsiyevə tapşırıldı
“Barselona” “Real”ın keçmiş hücumçusunu satın almaq niyyətindədir
Yığmalarımızın İslamiadada növbəti sınağı
Azərbaycan Basketbol Liqasında 6-cı tura bu gün start verilir
Mövlud Mirəliyev DÇ-də qızıl medal qazandı
“İnter”in müdafiəçisi Premyer Liqaya üz tuta bilər
Günün oyunları – TV
Avropa Liqasında Liqa mərhələsinin 4-cü turunun oyunları keçiriləcək
Konfrans Liqasının Liqa mərhələsində 3-cü turun matçları baş tutacaq
Flik “Barselona”dan ayrılmayacaq
“Fiorentina”nın sükanı arxasına namizədin adı məlumdur
Laporta Yamalın müdafiəsinə qalxdı
“Real” yeni müdafiəçi ilə razılıq əldə etdi
“Nyukasl” hücumçusunu icarəyə göndərməkdən son anda imtina etdi
Amorim Dalo ilə qohum çıxdı
Klopun adı Premyer Liqa təmsilçisi ilə hallanır
“Qalatasaray” “Ayaks”ı darmadağın etdi, “Barselona” xal itirdi
“Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - Qurban Qurbanov
“Bizim üçün çox çətin gecə oldu” – Mareska
AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
DAHA ÇOX

Ən çox oxunanlar