“Qarabağ”la “Araz-Naxçıvan” Təcili Tibbi Yardım gecikdiyinə görə cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, bu gün keçirilən iclasda Əvəzedicilər Liqasının 9-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qarabağ-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilib.
“Qarabağ-2” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qarabağ-2” komandası 200 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununda oyun günü planı pozulduğuna görə matç gec başladığı üçün “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.





























