Azərbaycan futbolu
Azərbaycan millisi İslamiadadakı ikinci oyununda uduzdu

06.11.2025 | 19:00
Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarındakı ikinci matçında məğlub olub.
Sports.az xəbər verir ki, yığmamız A qrupunun növbəti qarşılaşmasında Özbəkistan ilə üz-üzə gəlib.
Görüş yığmamızın 2:13 hesablı məğlubiyyəti ilə bitib.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edib.
Növbəti qarşılaşma Səudiyyə Ərəbistanı yığmasına qarşı olacaq.
Son xəbərlər





























